Bakı Şəhər Yol Polisi İdrəsi (BŞYPİ) paytaxtda tıxacın səbəblərini açıqlayıb.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, BŞYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu gün paytaxtın müxtəlif küçə və prospektlərində tıxaçın yaranması üç amillə əlaqədardır:
“İlk səbəb ölkə üzrə qeydiyyatda olan avtomobillərin 62 faizinin paytaxt yollarında hərəkət etməsidir. Bunun səbəbi isə müxtəlif fəaliyyət növlərinin, nazirlik və təhsil müəssisələrinin Bakıda yerləşməsidir.
İkinci əsas səbəb isə yol hərəkəti mədəniyyətinin hələdə formalaşmamasıdır. Təəssüfedici haldır ki, sürücülərin bu gün çoxunda peşə mədəniyyəti səviyyəsi çox aşağıdır. Bu tıxacların yaranmasını şərtləndirən amillərdəndir.
Yağış yağarkən küçə və prospektlərdə tıxacların daha da çox müşahidə olunması isə yollarda avtomobillərin ötürücülük qabiliyyətinin aşağı olası ilə əlaqədardır. Bəllidir ki, yollarda avtomobillərin ötürücülük qabiliyyəti yolların şəraiti ilə sıx bağlıdır. Əgər yolları su basırsa, hərəkət çətinləşirsə, belə olan halda yolarda avtomobillərin ötürücülük qabiliyyəti aşağı düşür”.
Odur ki, V. Əsədov yollarda tıxacın yaranmaması üçün məsələyə kompleks yanaşma olmasının vacibliyini vurğulayır.