Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatı ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Teatr sahəsində əməkdaşlıq” layihəsi çərçivəsində Böyük Britaniyanın “1927” teatr qrupunun “Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” (The Animals And Children Took To The Streets) tamaşasının Rus Dram Teatrının səhnəsində nümayişini təşkil edəcək.
Oxu.Az xəbər verir ki, tamaşa oktyabrın 11-də saat 19:00-da və oktyabrın 12-də saat 14:00 və 19:00-da göstəriləcək.
Qeyd edək ki, “Heyvanlar və uşaqlar küçələrə çıxır” tamaşası 2010-cu ilin “Ən yaxşı əyləncəli tamaşası” mükafatını alaraq dünyanın bütün ən nüfuzlu festivallarını gəzib.
Bu tamaşa animasiya, teatr sənəti və qismən müzikl sintezindən ibarətdir. Janr baxımından, uşaqlar və böyüklər üçün nağıla bənzəyir. Personajların əksəriyyəti animatorlar tərəfindən yaradılmışdır.
Bu tamaşada həqiqi faktlar “qorxulu nağıllar”, qara yumor və kabare mahnıları ilə, habelə canlı aktyoru animatorun çəkdiyi saysız narazı qara adamlarla bərabər çəkilmiş zibil çəninin içinə sovura bilən absurd fəzalar ilə uzlaşdırılmışdır. Sənədli drama komiks ilə orqanik surətdə birləşir, canlı aktyorlar isə çəkilmiş personajlar ilə dialoq aparırlar.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin