Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezidentin köməkçisi: “Pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalıdır”
“Dünya miqyasında son 10 il ərzində bu tip pandemiya müşahidə edilməyib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, dünya miqyasında bu xəstəliyə qalib gəlməyin yolları bəlli deyil:
“Koronavirus pandemiyası bütün dünya ölkələrində müxtəlif sahələrə ciddi ziyan vurub. Bu gün dünya miqyasında yoxsulluq, işsizlik, donor resurslarının məhdudlaşması dünya iqtisadiyyatını ciddi sarsıntılarla üz-üzə qoyur.
Bütün bunlar COVID-19-un törətdiyi fəsadlardır. Bu pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalı və onunla mübarizə aparılmalıdır”.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı