Təmir-tikinti işləri ilə əlaqədar olaraq, avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km. bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində (“Laçın” ticarət mərkəzi) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən alternativ yolla hərəkət etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az