I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən 60 255 abituriyent qeydiyyatdan keçib.
Oxu.Az xəbər verir ki, qeydiyyatdan keçənlərin 18 775-i I, 16 884-ü II, 20 286-sı III, 4 310-u IV ixtisas qrupu üzrə imtahana qatılacaq.
53 231 abituriyent Azərbaycan bölməsi, 7 024 abituriyent isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.
Xatırladaq ki, imtahanda iştirak üçün qeydiyyat iyunun 1-dən başlayıb və iyunun 8-i yekunlaşır.
Qeydiyyat saat 23:59-da sonlanacaq.
