“Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edilib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.