Qubada ər arvadını öldürüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Elman Valeh oğlu Mahmudov həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ofeliya Məhəmməd qızı Mahmudovanı öldürüb.
İlkin məlumata görə, kişi arvadını uşağa baxmadığı üçün qətlə yetirib. Arvadını öldürən kişinin atası Valeh Mahmudov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, oğlunun heç bir günahı yoxdur.
Qətli törədən Elman Mahmudov saxlanılıb.
Qeyd edək ki, Elman Mahmudov və öldürlümüş Ofeliya Mahmduova 1 ildir ki, qeyri-rəsmi nikahda yaşayıblar. Bu nikahdan onun 39 günlük uşağı var.
www.anspress.com
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin