Lənkəran sakini dəniz sahillərindən topladığı qurumuş bitkilərdən maraqlı maketlər hazırlayır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Sütəmurdov kəndində yaşayan Tərlan Qurbanovun uşaqlıqdan dülgər sənətinə marağı olub.
O, musiqiçi kimi fəaliyyət göstərsə də, boş vaxtlarında müxtəlif maketlər qurur.
T.Qurbanov əl işləri üçün materialı dəniz kənarından əldə edir. O, bunun üçün saatlarla sahildə gəzməli olur. Ləpələrin yuyub gətirdiyi ağacların budaqlarını, qozaları toplayan Lənkəran sakini istənilən qırıntıdan maraqlı əşyalar düzəldir.
Qurbanov həm vaxt, həm də səbir tələb edən bu maketləri satmır. Bu vaxta qədər 100-dən çox hazırladığı əl işlərini eksponat kimi saxlayır.
Rövşən Mövlan