Qusar-Quba yolunda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən idarəetmədən çıxan mikroavtobus və VAZ markalı minik avtomobili toqquşub. Nəticədə mikroavtobus aşıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Aidiyyəti qurumlara sorğu verilib.
Əzizə İsmayılova