Artıq ötən gündən bölgələrdəki bağçalar fəaliyyətə başlayıblar.
Baku Tv xəbər verir ki, körpə fidanlar valideynləri ilə birlikdə səhər saat 8-də bağçaya gəliblər.
Qobustan şəhər 2 saylı Uşaq bağçası artıq öz qapılarını körpələrin üzünə açıb.
Uşaqlar bağçanın girişində valideynlərindən təhvil alınırlar. Sonra əlləri dezinfeksiya olunur, hərarətləri ölçülür, məsafə gözlənilir, təlim proqramına uyğun şəkildə səhər yeməklərini yeyir və məşğələlərə qatılırlar.
Uşaqlara 9 saat ərzində tərbiyəçilər ciddi nəzarət edirlər. Amma uşaq sayında xeyli azlıq müşahidə olunur. Bağça müdirinin sözlərinə görə, buna səbəb bəzi valideynlərin xəstəliklə bağlı tərəddüd etməsidir.
Yataq otağında da çarpayılar arasında sosial məsafə gözlənilir.
Günün sonunda isə bütün otaqlar dezinfeksiya olunur və yeni gün üçün gigiyenik qaydalara uyğun şəkildə təmizlənir.
Qeyd edək ki, 2 saylı uşaq bağçasında 50 uşağın təlim tərbiyəsi həyata keçirilir.
Artıq ötən gündən bölgələrdəki bağçalar fəaliyyətə başlayıblar. Baku Tv xəbər verir ki, körpə fidanlar valideynləri ilə birlikdə səhər saat 8-də bağçaya gəliblə...
Rəylər