Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, qeyd olunan tarixdə xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.
A.S.
www.oxu.az