Rusiyada 47 yaşlı azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (“Bakinski”) vaxtından əvvəl həbsdən azad olunub.
Oxu.Az Rusiya KİV-ə istinadən məlumat verir ki, “qanuni oğru”nun azad edilməsi barədə qərarı məhkəmə çıxarıb.
Narkotik maddə saxladığına görə həbs edilən “qanuni oğru”nun cəza müddəti azaldılıb ki, bu da Rusiyada Cinayət Məcəlləsində edilən dəyişikliklərdən sonra mümkün olub.
Onu da əlavə edək ki, cinayət aləmində Vaqif Bakinski və digər məşhur azərbaycanlı “vor zakon” Rövşən Lənkəranski düşmən kimi tanınırlar və indi onların arasında böyük qarşıdurma – “razborka” gözlənilir. Belə ki, Bakinski Rövşənin düşməni, öldürülmüş “vor” Ded Xasanın klanına yaxın adamıdır.
Qeyd edək ki, Vaqif Süleymanov 2 il əvvəl də Moskvada saxlanılmışdı. 5 qr heroinlə tutulan “qanuni oğru” 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Elvin Əhmədov
www.oxu.az