Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsinin (YNMD) Noyabrsk şəhərində 23 yaşlı azərbaycanlı 15 yaşlı qızı zorlayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 iyun 2013-cü il tarixində təqribən 22:00-da kişi zərərçəkənlə birlikdə avtomobilin salonunda olub və ona qarşı seksual xarakterli hərəkətlər edib.
O cinayəti törətdikdən sonra gizlənib.
“Müttəhim Azərbaycan vətəndaşıdır və dairə ərazisində qanuni yaşayıb”, - deyə Rusiya İstintaq İdarəsinin YNMD üzrə rəhbərinin böyük köməkçisi Yelena Demyanova məlumat bildirib.
Həmyerlimizə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci maddəsi (16 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlərin edilməsi) ilə cinayət işi başlanılıb.