Əməkdar artist Elza Seyidcahan ailəlikcə oxumağa başlayacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatına görə, müğənni ansamblın oğlu, bacısı və özündən ibarət olacağını deyib:
“Biz üçlükdə gözəl kompozisiyalar yaradacağıq. Bacım Rasimənin gözəl səsi var. İndi onunla yeni mahnılar hazırlayırıq. Yaxın günlərdə onun və oğlumun ifası ilə konsertimdə tanış olacaqsınız. Bəzən hansısa bəstəmi başqa müğənniyə verəndə Əkbər deyir ki, ay ana, onu mən oxuyacaqdım, niyə verdin? Deyirəm, sənə daha gözəlini yazaram”.