Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabahdan "28 May" Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində "Hamısı bir yerdə" ("All in one") prinsipi əsasında qurulan "28 May" Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
"28 May" NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
- Parklanma xidmətindən NARAZILIQ - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur
- 105 nömrəli avtobus hər iki qapısı açıq şəkildə idarə edilir - AÇIQLAMA
Rəylər