Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 24-də saat 08:40-da iki nəfər - bir kişi və bir qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müvafiq şöbədə müalicələrinin davam etdirildiyi, vəziyyətlərinin isə orta ağır qiymətləndirildiyi nəzərə çatdırılıb.
Məhərrəm Əliyev
Sabirabadda ağır avtoqəza baş verib, ölən və yaralananlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində, 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.