Səbail rayonundan olan 70-dən artıq gənc məktəbli Müdafiə Naziriliyini Qusardakı hərbi hissəsində artıq bir həftədir hərbi biliklərə yiyələnməyə başlayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, onlar burada müxtəlif silah-sursatla, avadanlıqlarla və hərbi texniklarla tanış olmaq imkanı əldə edəcəklər.
Gənclərə müxtəlif atıcı silahlardan atəş açma vərdişləri də aşılanacaq.
Təlimlər sentyabrın 1-ə qədər davam edəcək.