Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Samur-Abşeron kanalından tapılan meyitin kimliyi məlum olub
Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan meyitin kimə məxsus olması müəyyənləşib.
APA xəbər verir ki, meyitin Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub.
Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar