Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür
Oktyabrın 20-si böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Ş.Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.
O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni ifa edib, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Ş.Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət Ələkbərovanın repertuarındakı "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan tərəfindən sevə-sevə dinlənilib.
Ş.Ələkbərova fevralın 7-də 1993-cü ildə dünyasını dəyişib.
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub
- Dəyirmanda fəhlə işləyən, həbs edilən Xalq artisti Muxtar Avşarovun doğum günüdür
- Çətin rolların mahir ifaçısı, məşhur qiraət ustası - Xalq artisti Əliabbas Qədirovun doğum günüdür
- Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür
- Ölümü də qeyri-adi olan aktrisa - ANIM