Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Saxurların özünəməxsus bayram adətləri: Qaxda Yel çərşənbəsi - VİDEO
Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsinə el arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə” də deyirlər.
Azərbaycanın hər bir tərəfində olduğu kimi şimal-qərb bölgəsində də baharın gəlişi xüsusi olaraq qeyd olunur.
Qaxın Qum kəndində yaşayan saxurlar hər bir çərşənbəni öz adətlərinə uyğun təmtəraqla keçirirlər.
Saxurların sözlərinə görə, hər çərşənbədə onların milli yeməyi olan girs (düşbərə) bişirilir. Sonuncu çərşənbədə isə yumurta girsi hazırlanır.
“Kəndin cavanları düzəltdikləri oyuncaqlarla qapı-qapı gəzərdilər. Evlərdə onlar üçün yumurtalar boyanardı. Cavanlar oynayıb, saxur dilində bayatılar söyləyərək kənd camaatını şənləndirərdilər”, - deyə yerli sakinlər bildiriblər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Rəylər