Tərtərçay ətrafında sel və daşqın sularından mühafizə tədbirləri üçün işlər görüləcək.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib.
Belə ki, Tərtər rayonu ərazisində Bərdə-Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirləri həyata keçiriləcək.
Bununla bağlı tədbirlərə 2 milyon 434 min 486 manat xərclənəcək.