Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iclasın gündəliyinə iki məsələ daxildir. Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı dinləyəcəklər.
Həmçinin Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.
Aqşin Kərimov