Azərbaycan Dövlət Statistika Komitəsi fiziki və hüquqi şəxslərə statistik hesabat qaydalarının pozulmasına dair sanksiyaların artırılması haqda xəbərdarlıq edib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, komitənin məlumatına görə, belə hüquq pozuntusuna görə sanksiyalar 300 manatdan 700 manatadək artırılıb.
Bununla əlaqədar Dövlət Komitəsi hamını statistik hesabatları vaxtında verməyə və daha sıx əməkdaşlığa dəvət edir.