Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
Paytaxtın Yasamal rayonunun Salatın Əsgərova küçəsi 160 ünvanında anbarı su basıb.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, vətəndaşa külli miqdarda maddi ziyan dəyib:
"Hadisədən bir gün əvvəl "Azərsu" əməkdaşları ərazidə iş aparıblar. Bundan sonra subasma halı baş verib".
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, problemlə bağlı "Bakı Sukanal" İdarəsinə məlumat verildi. Hazırda əməkdaşlar əraziyə cəlb olunurlar.
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX)" teqi üzrə xəbərlər
- 28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
- Kür çayından götürülən su necə təmizlənir?
- Kənd Əhmədlidə çıxılmaz vəziyyət: "Kanalizasiya iyindən durmaq mümkün deyil"
- Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu
- "Kanalizasiya dolur, ətrafa qanlı su axır" - SƏBƏB NƏDİR?
Ən çox oxunanlar