"Sənin könlün dəyişərsə, dünyan dəyişər", - deyirdi Şəms Təbrizi. Bu ifadə insan ruhunun həm də yenilənməsinə bir çağırışdır.
Mənəvi yüksəlişə xidmət edən bu ifadələrin müəllifləri ilə yanaşı, insan ruhunun ucalmasına vasitə olan sənətlər də var. Bu iki dəyərə sahib olan cəmiyyətlərin varlığı dünyadakı parçalanmalara baxmayaraq, təşəkkül tapır, bütünləşir.
Belə ahəngvari sənətlərin ən dəyərlilərindən biri olan Ebru - kağız bəzəmə sənətidir. Ebru tarixçiləri bu sənətin köklərinin Orta Asiyaya dayandığını deyirlər.
Osmanlıda da Ebrunun önəmli bir yer tutduğunu o dövrün əlyazma əsərlərinin cildlərinə nəzər salanda görmək olur. Bu sənət dünyaya türk xalqları vasitəsilə yayılıb.
Qərbə Ebru örnəkləri ilə bəzədilmiş xatirə dəftərləri göndərilib. Günümüzdə də ənənəvi sənətə xeyli tələbat var. Ebruçu Diləzbər Hüseynzadənin sözlərinə görə, bu sənətin tarixi 6-9-cu əsrlərdə Özbəkistanın Buxara şəhərindən başlayır:
"Xəttatlar qamış qələmlərini suyun üzərində yuyarkən boyanın sudakı izləri ilə naxışların yarandığını görürlər. Beləcə bu sənətin ilk örnəkləri meydana çıxır. Lakin Ebrunun dövrümüzə qədər gəlib çatması Osmanlı sayəsində mümkün olub. Kağız bəzəmə kimi başlayan bu sənəti indi həm ipək parçalar, həm də keramika məmulatları üzərində tətbiq edirik".
Daha ətraflı Baku TV-nin videomaterialında: