Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinin su təminatında 14 may səhər saatlarından 16 may günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, təchizatın dayandırılması suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləri ilə əlaqədardır.
Qaynar xətt:
(055) 224 12 12