Sumqayıtdakı 4 nömrəli xəstəxanada baş vermis yanğın tamamilə söndürülüb.
Oxu.Az xəbər verir ki, sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.
Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün təxliyə olunub.
İnsident zamanı ölən olmayıb.
Bu gönderiyi Instagram'da gör19:58
Sumqayıtda xəstəxanada baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.
Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
19:55
Sumqayıtda xəstəxanada yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda eyni ərazidə bir ildə ikinci sürüşmə təhlükəsi: Nə beton bloklar quraşdırılıb, nə də istinad divarı tikilib - Video
- Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər
- Bakıda sürüşmə olan ərazi ilə bağlı qurumdan rəsmi cavab - Foto
- Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Foto/Video
- Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi - Video
Digər xəbərlər