Qazaxıstanda cümə günü axşam saatlarından başlayan iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollara çatıb.
Bu barədə yerli mətbuat ölkənin “Atameken” Milli Sahibkarlar Palatasına istinadən xəbər verib.
“Yanvarın 7-də saat 21:00-a (Bakı vaxtı ilə 19:00) Qazaxıstan Respublikasının on regionunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 biznes subyekti və 950 obyekt zərər çəkmib”, - deyə Palatanın məlumatında bildirilib.
“Atameken”in məlumatına görə, zərərin ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatının payına düşür.
Mənbə: “RİA Novosti”