Bu gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında “Wolksfagen Passat” markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və “VAZ 2102” markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib.
Hadisə zamanı “VAZ 2102”-ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüb. Həmçinin “Wolksfagen Passat”ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat edib.
Bildirilir ki, qəzaya səbəb “Wolksfagen Passat”ın digər avtomobilin yoluna çıxması olub.
00:20
Bakı-Quba magistral avtomobil yolunun 43-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşması nəticəsində dörd nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.
Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu və Bayramov Əliyar Yusif oğludur.
30.08.2016 23:20
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
“Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı “LADA 110” markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir.
Qeyd olunur ki, qəzaya “Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən “LADA110” markalı avtomobilin yoluna çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.