Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə EDİLDİLƏR
Sumqayıtda yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
"Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kvadratmetr sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub" , - məlumatda qeyd olunub.
Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə ediliblər.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə ediliblər.
Hadisəyə cərəyan xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.
Faktla bağlı araşdırma aparılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub
- Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb
- Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?
- ABŞ-li qadının dəhşətli cinayəti: "Qışqırıqları həyatımızın sonuna qədər xatırlayacağıq"
- Türkiyə mediası: "Turizm naziri prezidentdən öz istefasını istəyib"
Rəylər