Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan Suriyadakı hadisələrlə bağlı Putinlə təmasdadır
Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı hadisələrin ilk dəqiqələrindən etibarən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putin və İran tərəfi ilə məsləhətləşmələr aparır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik danışıb.
O qeyd edib ki, Türkiyə bölgədəki bütün ölkələrlə Suriya məsələsi ilə bağlı məsləhətləşmələrini davam etdirəcək.
AKP nümayəndəsinin sözlərinə görə, bəzi dövlətlər və qüvvələr Suriyanı proksi dövlətinə çevirmək üçün cəhd göstərəcək, bəzi terror təşkilatları isə paralel fəaliyyətlə Suriya dövlətçiliyini məhv etməyə çalışacaq. Lakin Suriya öz ərazi bütövlüyü və suverenliyinə hörmət edilən bir dövlət kimi yoluna davam etməli, heç bir xarici qüvvənin ərazisinə çevrilməməlidir.
Rəylər