Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29 "S&P"nin reytinq tərtibatına yanaşmasını dəyişib
Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi durumu kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" "S&P"nin hesabatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, bu cür alətlər maliyyə resursları məhdud olan, borc yükü isə ciddi olaraq qalan həssas ölkələr üçün fiskal məkanı azad etməyə kömək edəcək.
"S&P"nin hesabatında inkişaf etməkdə olan bazarlarda, o cümlədən yerli valyutalarda dayanıqlı borcun əhəmiyyətli artımı göstərilir. Bununla belə, aşağıgəlirli ölkələr borc yükünü artırmayacaq iqlim maliyyəsinə çıxışda çətinliklərlə üzləşməyə davam edirlər.
"Borc yükünün hətta kiçik və ya müvəqqəti olaraq yüngülləşdirilməsi həssas dövlətlərə iqtisadi dayanıqlılığı yaxşılaşdırmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox resurs ayırmağa imkan verə bilər", - analitiklər qeyd edirlər.
COP29-da əldə olunan əsas nəticələrdən biri kollektiv məqsəd üzrə razılaşma - iqlimin maliyyələşdirilməsinə dövlət və özəl mənbələrdən hər il 300 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasına dair anlaşma olub. Bu, əvvəlki hədəfin üç qatıdır və "S&P" hesab edir ki, bu, funksional qlobal karbon bazarlarının yaradılması istiqamətində mühüm addım olacaq.
Bu məqsədin ciddi önəminə baxmayaraq, agentlik vurğulayır ki, onun həyata keçirilməsi ayrı-ayrı ölkələrin öhdəliyindən və imkanlarından, həmçinin özəl investisiyaların səfərbər edilməsindən və çoxtərəfli kredit təşkilatlarının dəstəyindən asılı olacaq.
COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəkləri gözlənilir. Bu addımlar, xüsusilə fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək.
"S&P" hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına əhəmiyyətli təsir göstərəcək.
"S&P" iqlim məqsədlərinin effektiv həyata keçirilməsinə mane olan bir neçə amili fərqləndirir. Bunlara qeyri-kafi institusional dəstək (geosiyasi qeyri-müəyyənliyin qalması və milli strategiyaların dəyişməsinə görə), standartlaşdırılmış qarışıq maliyyə mexanizmlərinin olmaması və özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması alətlərinin olmaması daxildir.
Agentliyin dayanıqlı maliyyə ekspertlərinin fikrincə, bu maneələrin aradan qaldırılması dayanıqlılıq və xalis sıfır emissiya məqsədlərinə nail olmaq yolunda mühüm addım olacaq.
Onlar hesab edirlər ki, COP29 iqlim təşəbbüslərinin təşviqində mühüm mərhələ olub, lakin qarşıya qoyulmuş məqsədlərə nail olmaq ölkələr və özəl sektor arasında əhəmiyyətli səylər və koordinasiya tələb edir. "S&P"nin borc alətlərinin qiymətləndirməsinə yenilənmiş yanaşması davamlı maliyyənin qlobal iqtisadiyyatın əsas faktoruna çevrildiyini təsdiqləyir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- İcma BMT ekspertlərini Ermənistanda media və internet məkanını daim monitorinq etməyə çağırıb
- BMT ekspertləri İranda "Məcburi Hicab Qanunu"nun ləğvinə çağırıblar
- Leyla Əliyeva Ruanda prezidenti ilə görüşüb
- Deputat: "Bizə daha çox güclü diplomatlar lazımdır"
- Heydər Əliyev dünyaşöhrətli azərbaycanlı həkim Məsud Aşinadan nələri öyrəndi?