Azərbaycan Nəqliyyat Nazirliyi “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi ilə (BEGOC) birgə yeni layihə hazırlayıb.
Oxu.Az xəbər verir ki, hər iki qurum yeni layihə üçün sosial şəkillər hazırlayıblar.
Bu fotolar vasitəsi ilə piyadalar və sürücülər daha məsuliyyətli olmağa çağırılıb. Sosial fotolarda məsuliyyətli sürücülərin piyadalar üçün nəzərdə tutulan hissəsində necə saxlamalı və avtomobili necə park etməyi göstərilir. Əlavə olaraq piyadanın yolun hansı hissəsindən necə keçə biləcəyi göstərilir.
Belə ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı Oxu.Az-a bildirib ki, sosial şəkillər dayanacaqlarda quraşdırılan montirolarda, eyni zamanda Bakıya yeni gətirilmiş avtobusların üzərində əks olunub. Əlavə olaraq qeyd edək ki, sosial şəkillər NİİM-in Facebook sahifəsində nümayiş etdirilir.
Şəfa Mehmanqızının sözlərinə görə, sosial fotoşəkillər vasitəsi ilə sürücülərə və piyadalara çağırış edilib:
“Hazırda sosial çarxlara, sosial fotoşəkillərə böyük ehtiyac var. Piyadaları və sürücüləri daha məsuliyyətli olmağa çağırırıq”.
Elvin Əhmədov
www.oxu.az