"İşəgötürənin işçiyə qarşı dolayı və ya birbaşa ayrı-seçkiliyə yol verməməsinə dair qanunvericiliyə yeni - müvafiq termin əlavə olundu. Amma yaxşı olardı ki, "ayrı-seçkilik" dedikdə onun konkret nələri ehtiva etməsi ilə bağlı anlayış da əksini tapsın".
Oxu.Az xəbər verir ki, bunu dekabrın 17-də Milli Məclisinin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Qurum rəsmisi bildirib ki, əks halda qanunun tətbiqində ciddi problemlər yaranacaq:
"Ona görə də bu anlayışın olması çox önəmlidir"
Mərahim Nəsib