Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır
Paytaxtın mərkəzində, Nizami küçəsində yerləşən məşhur marketlər şəbəkəsinin filialında hazır qidalar vaxtı ötmüş şəkildə satılır.
Oxu.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı sözügedən marketdə olub, araşdırma aparıb.
Obyekt müdirinin buna reaksiyası isə sərt olub.
Məsələ ilə bağlı marketlər şəbəkəsinin mətbuat xidmətindən bildirilib ki, mağazalarında mütəmadi olaraq keyfiyyətə nəzarət mütəxəssisləri və mağaza əməkdaşları tərəfindən yoxlamalar aparılır:
"Hər hansı uyğunsuzluq olarsa, dərhal aradan qaldırılır. Sözügedən məsələ tərəfimizdən araşdırılıb və zəruri tədbirlər görülüb".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, qeyd olunan görüntülər qurum tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırmalara başlanılıb. Nəticələr barədə məlumat veriləcək".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Müəllimi Milli Qəhrəman Natiq Qasımovdan DANIŞDI
- Qərbi Azərbaycan Xronikası: "Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir"
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Qəzəlxan Əbdül Fəqir insanı idarə edən 3 qüvvədən DANIŞDI
- Bakıda münasib qiymətə şam ağaclarını və bəzək aksesuarlarını haradan almaq olar? - QİYMƏTLƏR
Rəylər