Mən çox sayda şərq şəhərlərində olmuşam. İstanbulda, Almatıda və s. olmuşam. Amma Bakı ən sevimli şəhərdir. Burada köhnə binalarla qonşuluq edən yeni binalarda beton və şüşənin ahəngi adamı heyran edir. Dar küçələr, toxunma salfetlər satan qadınlar – bütün bunlar çox gözəldir!
Şəhər çox gözəl və dadlıdır. Dünyada Bakıdan dadlı heç bir yer yoxdur! Bunu sizə şərq şəhərlərinin bilicisi kimi deyirəm. Azərbaycan mətbəxi öz qoyun əti, narları, tərəvəzləri, kəklikotulu çayı və ağ gilas mürəbbəsi ilə...
Oxu.Az xəbər verir ki, bu barədə məşhur yazıçı və ssenari müəllifi Tatyana Ustinova “Moskva-Baku” portalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı özündə yaşatdığı mədəni təbəqəyə görə də unikal şəhərdir.
“Bu, çox nadir haldır. Bunun üçün Azərbaycan Prezidentinin ailəsi - Əliyevlərə siyasi məna olmadan səmimi çox sağ ol deyirəm. Onlar ləyaqəti, səmimiliyi və qonaqpərvərliyi qoruya biliblər. Onlar öz mədəniyyətlərinə hər kəsi qəbul edirlər.
Onlar rus dilində ünsiyyət qurur və öz ölkələrinin mədəniyyətindən danışmağın, onunla qonaqları tanış etməyin əksinə deyillər. Sadəcə ünsiyyətin xoş olduğu çox sayda savadlı insan var... Mən Bakıya getməyi çox istəyirəm!”, - o bəyan edib.