İyulun 1-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.
Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun -15 iyul tarixinədək aparılacaq.