Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tərtərdə zəncirvari avtomobil qəzası - Xəsarət alanlar var
Tərtər rayonunun Düyərli kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, üç minik avtomobilinin toqquşması nəticəsində baş verən hadisə zamanı dörd nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hadisə oktyabrın 16-da saat 20:00-da baş verib.
"Hadisə Ələsgərli kənd sakini 1985-ci il təvəllüdlü Mehman Yelmar oğlu Mirzəyevin idarə etdiyi VAZ-21011 markalı 09-BP-542 dövlət qeydiyyat nişanlı, Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Sahib İlham oğlu Adıgözəlzadənin idarə etdiyi VAZ-2107 markalı 90-NL-938 dövlət qeydiyyat nişanlı və Seydimli kənd sakini 1971-ci il təvəllüdlü Çingiz Yusif oğlu Məmmədovun idarə etdiyi VAZ-21010 markalı 02-BK-808 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində Sahib Adıgözəlzadə, Çingiz Məmmədov, onun sərnişini olan həmkəndlisi, 1973-cü il təvəllüdlü Bağı Qəşəm oğlu Bayramov və Mehman Mirzəyevin sərnişini olan qardaşı arvadı 1993-cü il təvəllüdlü Nuranə Xankişi qızı Mirzəliyeva xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıblar.
"16 oktyabr saat 20:00-da Tərtər rayon Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (dördü kişi cinsli, biri qadın cinsli olmaqla) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsə baş nahiyəsinin açıq yarası, 1973-cü il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının əzilməsi, qolun digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, 1995-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın digər hissələrinin səthi travması, baldırın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol diz oynağının açıq yarası, 1971-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərildikdən sonra hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Rəylər