The New York Times qəzetinin rəsmi saytında iki Bakı şəhəri göstərilib.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Amerikanın The New York Times qəzetinin saytında hava haqqında bölmədə Azərbaycanın paytaxtı Bakı hansı səbəbdənsə Ermənistanın paytaxtı kimi göstərilib.
Saytda iki Bakı şəhəri var. Məlumatın birində küləklər şəhəri Ermənistanın, digərində isə Azərbaycanın paytaxtıdır.
Bu nədir? Səhv yoxsa bilərəkdən törədilən təxribat? İkinci daha çox ehtimal olunandır. 
www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin