Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.
Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi yerli vaxtla saat 21:12-də Ankaradakı Etimesgut Hava və Hərbi Hava Qüvvələri Qurumlarının aeroportuna enib.