Ucar rayonunun Gəraybəyli kənd sakinindən narkotik aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ucar RPŞ əməkdaşlarının A.Cəbrayılovun yaşadığı Gəraybəyli kəndindəki evdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 527 qrama yaxın marixuana götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.