Ucarda 11 yaşlı oğlan çayda batıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün 11 yaşlı Səid Zülfüqar oğlu Həsənov yoldaşları ilə birlikdə Göyçay çayının Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində, “Şır-şır” adlanan ərazidə çimərkən boğulub.
Hazırda müvafiq qurumlar S. Həsənovun tapılması istiqamətində müvafiq tədbirlər görür.
A.M.