Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ucarda avtomobilin vurduğu piyada xəstəxanada öldü
Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.
APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
“Mercedes-Benz” markalı 99-LK-537 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, Ucar rayon sakini - 1956-cı il təvəllüdlü Nəriman Həmzə oğlu Abdulrəhmanovu vurub.
Ağır xəsarət alan zərərçəkəni sürücü öz avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Həkimlərin zəruri tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada ölüb.
İlkin ehtimala görə, hadisəyə əsas səbəb prospektin işıqlandırılmaması olub.
Qeyd edək ki, prospektin qaranlıq olması səbəbindən analoji hadisələr ərazidə tez-tez baş verir.
Faktla bağlı araşdırma aparılır.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb