Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klipin təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə bəstəkar Sevinc Tofiqqızının ümummilli liderə ithaf etdiyi “Ulu öndərim - Xatirələr” mahnısına çəkilmiş ekran əsəri qonaqlara nümayiş olunub.
Anma mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, bəstəkar Sevinc Tofiqqızı, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkilləri Rasim Musabəyov, Leyla Abdullayeva, Rüfət Quliyev və digər ictimai şəxslər iştirak ediblər.
Qeyd edək ki, mahnının aranjimanı Osman Həmidova aiddir. Klipin rejissoru isə Əziz Orucovdur.
Aytən Sadıqzadə