“Bu günə kimi 40 şəhidin ailə üzvü və 15 qazi “ASAN xidmət”də işlə təmin olunub”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında “ASAN xidmət”in sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, Fondun işçiləri Aprel döyüşünün iştirakçıları, qazi və şəhid ailələrindən təşkil olunub.
Ü.Mehdiyev qeyd edib ki, ötən ilin dekabrında 69 rayon üzrə 16 minədək şəhid ailəsi üzvü ilə Fondun əməkdaşları tərəfindən təşkil edilən qrup nümayəndələrinin görüşü keçirilib, problemləri ilə maraqlanılıb.
Sədr qeyd edib ki, 4700 nəfərdən çox şəhid və qazi ailəsi “ASAN xidmət”də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb.
İlhamə Əbülfət