ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə C.Uorlik öz Twitter səhifəsində yazıb.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşərək Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunmasını müzakirə etmək üçün indicə Brüsselə çatdım. Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq”, - amerikalı həmsədr qeyd edib.