İyunun 22-dən Rusiyanın "Utair" aviaşirkəti Moskvadan Lənkəran şəhərinə uçuşlara başlayacaq.
Məlumata görə, aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.
Qeyd edək ki, bu, "Utair" üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.
Mənbə: TASS