Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vahid Ələkbərovun sərvəti artıb: Rusiyanın ən zəngin milyarderlərinin adları açıqlandı
Rusiya milyarderlərinin sərvəti ilin əvvəlindən 7,764 milyard dollar artıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat verib.
Reytinqdə dünyanın ən zəngin 500 adamı yer alıb. Hazırda reytinqə 20 Rusiya vətəndaşı daxildir ki, onların ümumi sərvəti 3 mart tarixinə 292,56 milyard dollar təşkil edib.
"Nornikel" şirkətinin əsas sahiblərindən Vladimir Potanin ən zəngin rusiyalı olaraq qalır. Onun sərvəti 1,77 milyard dollar artaraq 29,6 milyard dollara çatıb. İkinci yerdə "Lukoil"in həmsahibi Vahid Ələkbərov qərarlaşıb ki, onun sərvəti 1,31 milyard dollar artaraq 26,6 milyard dollar olub.
Üçüncü yerdə "NLMK" şirkətinin (şaquli inteqrasiya olunmuş metallurgiya şirkətidir, Rusiyanın ən böyük və dünyada ən effektiv polad istehsalçılarından biridir - red.) Direktorlar Şurasının sədri Vladimir Lisin gəlir ki, onun sərvəti 2,03 milyard dollar artıb və 23,8 milyard dollara çatıb.
Rusiyada ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest" şirkətinin səhmdarı Alişer Usmanov 3,1 milyard dollar qazanıb və onun sərvəti 16,3 milyard dollara yüksəlib.
Ən böyük itkilərlə iş adamı Mixail Fridman üzləşib - onun sərvəti 2,26 milyard dollar azalaraq 12,5 milyard dollara düşüb.
Qeyd edək ki, fevral ayında "Maqnit" pərakəndə satış şəbəkəsinin və "Krasnodar" futbol klubunun təsisçisi Sergey Qalitski "Bloomberg Billionaires Index"in reytinqindən çıxarılıb.
"Vahid Ələkbərov" teqi üzrə xəbərlər
- Vahid Ələkbərovun oğlu "Spartak"ın Direktorlar Şurasını tərk edəcək
- ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
- Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov sərvətini artırdı
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında