“Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, onların ölkə xaricinə çıxış qaydalarına dair qüvvədə olan heç bir məsələ yoxdur:
“Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PZR testi əsasındadır. Ölkədə də giriş-çıxış qaydaları bəllidir. Hələ qərar qəbul edilmədiyi üçün heç nə demək mümkün deyil. Sərhədlər də bağlıdır. Gələcəkdə bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Könül Cəfərli