Tovuz rayon sakini Elbrus Hacıyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən narazıdır.
O bildirib ki, qalxanabənzər vəzin bədxassəli şiş və iltihabla əlaqəsi olmayan böyümüş vəziyyəti (Zob) ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona köməklik edilməyib:
“Həkimlər mənə icbari tibbi sığortadan yararlanmağın mümkün olmadığını bildirdilər”.
Məsələnin araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin Tovuz Rayon Mərkəzi Xəstəxanasına edilən müraciət nəticəsində məlum olub ki, aprelin 5-də vətəndaş Elbrus Hacıyev sözügedən xəstəxanada endokrinoloji tibbi xidmətlə bağlı həkim müayinəsindən keçib:
“Vətəndaşa həkim göstərişinə əsasən, endokrin sistemlə bağlı laborator analizlərin verilməsi təyin edilib. Həmin gün tibbi xidmətin Tovuz Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi mümkün olmayıb. Xəstəxana tərəfindən aprelin 6-da laborator analizlərin özəl tibb müəssisəsində həyata keçirilməsinə dəstək göstərilib”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşın xidmətlər zərfindən yararlandığını bildirsə də, vətəndaş isə qeyd edib ki, aprelin 6-da heç bir analiz götürülməyib.Məlumat üçün bildirək ki, tibbi göstəriş olduğu halda, ixtisaslı həkimin göstərişi əsasında endokrin sistemlə bağlı aşağıdakı analizlər Xidmətlər Zərfi ilə təminata alınır:
• Əsas metabolik panel (Kalsium, ionlaşmış). Bu panel aşağıdakıları əhatə etməlidir: Kalsium, ionlaşmış (172330), Karbon dioksid (172374), Xlor (172435), Kreatinin (172565), Qlükoza (172947), Kalium (174132), Natrium 174295), Urea nitrogeni (BUN) (174520)• Tiroid stimulyasiyaedici hormon (TSH)
• Macro TSH (Tiroid stimul)• Tiroid hormon (T3 və ya T4) tutulması və ya tiroid hormon birləşdirmə nisbəti (THBR)
• Triyodtironin T3; ümumi (TT-3)• Triyodtironin T3; sərbəst
• Tiroid hormon (T3 və ya T4) tutulması və ya tiroid hormon birləşdirmə nisbəti (THBR)İlhamə Əbülfət